Dünya futbolunun canlı əfsanəsi Pelenin rekordu öz həmyerlisi tərəfindən qırılıb. Futbolinfo.az xəbər verir ki, söhbət “San Paulo”nun qapıçısı Rojerio Senidən gedir.
O, bir komandada ən çox oyun keçirən futbolçu statusuna yiyələnib. “Ponte Preta” ilə qarşılaşma onun üçün “San Paulo”nun heyətində 1116-cı qarşılaşma olub. Pele də “Santos”un heyətində məhz bu qədər oyun keçirmişdi. Rekordsmen özü bu hadisəyə elə də önəm verməyib. O , Pele ilə müqayisə edilə biləcək səviyyədə olmadığını qeyd edib.
Xatırladaq ki, Seni 23 ildi ki, “San Paulo”da çıxış edir və o, bu müddətdə 30-dan artıq titul qazanıb. Eyni zamanda 113 qol vurub.





