Futbol üzrə Azərbaycan 1-ci divizionunda 6-cı turun oyunları çərçivəsində oktyabrın 20-də keçirilmiş "Kəpəz" – "Araz Naxçıvan" matçının baş hakimi olan Anar Niyazov qərəzli mövqeyinə görə cəzalanıb. Futbolinfo.az xəbər verir ki, gəncəlilərin qapısına oyundan kənar vəziyyətdən vurulan qolu hesaba alan Niyazov bunun acısını çəkib.
 
David Canalidzenin görüşdə yeganə olan "ofsayd" qolu birbaşa nəticəyə təsir etdiyindən referi cəzalandırılıb. Anarın cəzalanması "Kəpəz"in Hakimlər Komitəsinə kəskin etirazlarından sonra mümkün olub. Hələ matçdan dərhal sonra oyunun videolentinə Gəncə klubun rəsmiləri ilə birlikdə baxan hakim-inspektor Əliyar Xanəliyev Salmanovun səhfə yol verdiyini və bu üzdən ona aşağı qiymət yazacağını bildirib.
 
Hakimlər Komitəsi referinin cəzalanmasını gizlətsə də, onun köməkçilərindən fərqli sonrakı iki tura təyinat almaması bunu sübut edir. Niyazov bir də iş başında 9-cu turda noyabrın 8-də keçirilən "Şəmkir" – MOİK matçında olub.
 
Onu da qeyd edək ki, "Kəpəz" rəhbərliyinə federasiyadan referinin 3 oyunluğa cəzalanacağı bildirilib, amma sonradan qərar dəyişdirilib.
 
NURƏHMƏD
Shares: