"Arsenal"ın baş məşqçisi Arsen Vengerin qış "transfer pəncərəsi"ndə sərəncamında görmək istədiyi futbolçular müəyyənləşib. Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransız mütəxəssis "Real"ın iki üzvünü hədəfə alıb.
Venger öz həmyerliləri Kərim Benzema və Rafael Varanın transferini istəyir. "Arsenal" adıçəkilən futbolçuların alınması üçün qışda "Real"la danışıqlara başlayacaq.
Qeyd edək ki, "topçular" yayda "Real"dan Mesut Özili transfer edib.





