Topaz Premyer Liqasının 14-cü turunun "İnter" – "Neftçi" matçında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze yenə boykotla üzləşib. Futbolinfo.az xəbər verir ki, əvvəlki oyunlarda olduğu kimi, gürcü çalışdırıcısının mətbuat konfransı yenə jurnalistlərsiz keçirilib.
Belə ki, daha öncə baş tutan "Neftçi"nin baş məşqçisi Nazim Süleymanovun mətbuat konfransında iştirak edən qələm əhli Sxadadzenin gəlişindən sonra konfrans salonunu tərk ediblər.






