"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Uyğun heyəti tapdıq, oyuna aqressiv başladıq. Rəqibə öz oyununu göstərməyə imkan vermədik. Fikrimcə, bu mövsüm ən yaxşı oyunumuzu göstərdik. Lakin eyforiyaya qapılmaq lazım deyil. Bu gün maksimum güclə oynamalı idik ki, potensialımızı bilək. Oyun göstərdi ki, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərə qarşı oynaya bilərik. Təqvim oyunlarından biri idi, arxayınlaşmaq olmaz. Etiraf etmək lazımdı ki, bu gün “İnter” daha güclü idi. Çempionluq uğrunda mübarizə çətin olacaq. Mükafatlar uğrunda vuruşacağıq”.





