Bu gün Topaz Premyer Liqasının 14-cü turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, turun son oyun günündə bir oyun baş tutacaq.
"Qarabağ" mərkəzi arenada "Rəvan"ı sınağa çəkəcək. Bu qarşılaşma ev sahibləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Ağdam təmsilçisi qələbə qazanarsa, "Neftçi"ni 3 xal qabaqlayaraq birinci pilləyə yüksələcək və bununlada iki hakimiyyətli liderliyə son veriləcək.
Lakin bu qarşılaşma "Qarabağ" üçün heç də asan olmayacaq. Qurban Qurbanov bu gün Admir Teli və Riçard Almeydanın köməyindən istifadə edə bilməyəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma qonaqlar üçün də əhəmiyyət kəsb edir. "Rəvan" səfərdən xalla dönəcəyi təqdirdə autsayder "Sumqayıt"la xal fərqini bir az da artıracaq. Cütlüyün qarşılaşmasında bir fərqli cəhət ilk oyunda Bayıl təmsilçisinə Vladislav Qədirovun, indi isə Şahin Diniyevin başçılıq etməsidi. Komandaların Bayılda baş tutan ilk oyunu 1:1 hesabı ilə başa çatmışdı.
Topaz Premyer Liqası
14-cü tur
24 noyabr
17:00. Qarabağ – Rəvan
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Turun digər oyunları: Bakı – Xəzər Lənkəran – 3:0, Qəbələ – AZAL – 1:0, Sumqayıt – Simurq – 0:1, İnter – Neftçi – 3:1.
| 1 | Qarabağ | 13 | 8 | 4 | 1 | 25 | 8 | +17 | 28 |
| 2 | Neftçi | 14 | 8 | 4 | 2 | 21 | 12 | +9 | 28 |
| 3 | Qəbələ | 14 | 8 | 2 | 4 | 21 | 13 | +8 | 26 |
| 4 | Bakı | 14 | 6 | 3 | 5 | 25 | 16 | +9 | 21 |
| 5 | İnter | 14 | 6 | 2 | 6 | 24 | 19 | +5 | 20 |
| 6 | Simurq | 14 | 4 | 6 | 4 | 12 | 12 | 0 | 18 |
| 7 | AZAL | 14 | 4 | 5 | 5 | 12 | 17 | –5 | 17 |
| 8 | XL | 14 | 3 | 5 | 6 | 10 | 20 | –10 | 14 |
| 9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8 | 25 | –17 | 8 |
| 10 | Sumqayıt | 14 | 1 | 4 | 9 | 6 | 22 | –16 | 7 |
Bombardirlər:
7 – Vaqif Cavadov (İnter).
6 – Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı).
5 – Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ).





