Argentina millisinin və "Bayer" (Leverkuzen) klubunun keçmiş futbolçusu Dieqo Plasente həbs olunub. Futbolinfo.az xəbər verir ki, buna onun on iki il əvvəl vergidən yayınması səbəb olub.
 
Oyunçu "Bayer"də oynadığı dönəmlərdə 2 milyon avro vergidən yayınıb. Bu səbəbdən D.Plasente yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.
 
Qeyd edək ki, 36 yaşlı futbolçu 2001-2005-ci illərdə "Bayer" forması geyinib. O, Argentina millisində isə 22 matça çıxıb.
Shares: