İtaliyanın "Milan" klubunun azarkeşləri komandanın cari mövsümdə A seriyasındakı çıxışından narazıdırlar. fanatlar dünən "Cenoa"ya qarşı keçirilən oyunun (1:1) gedişində futbolçular və rəhbərliyə qarşı ünvanlanmış banner açıblar. Futbolinfo.az xəbər verir ki, bannerlərdə "Bizim səbrimiz daralmaq üzrədi. Heyətə və məşqçilər korpusuna əl gəzdirin", "Milan" heç vaxt bu qədər aciz olmayıb. Siz bizim tariximizi məhv edirsiniz", "Konstant, təlxəylik etməkdənsə, sənin mənasız oyununu izləmək üçün pul ödəyən insanlara hörmət et" şüarları yer alıb.
 
Oyundan sonra isə 300 tərəfdar "San Siro"nun əsas çıxışının qarşısına toplaşaraq, oyunçularla görüşməyi tələb ediblər. Əvvəlcə Mario Balotelli irəli çıxaraq, fanatları dinləməyə hazır olduğunu bildirsə də, polislər ona mane olublar. Marionun əvəzinə Kaka və Kristian Abbyati fanatların görüşünə gedib. Təxminən 5 dəqiqəlik söhbətdən sona futbolçular geri dönüblər. Azarkeşlər isə onları alqışlayaraq, yolu açıblar.
 
Xatırladaq ki, hazırda aktivində 14 xal olan "Milan" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Shares: