"Neftçala"nın baş məşqçisi Bəhram Şahquliyev Azərbaycan 1-ci Divizionunun 11-ci turunda qarşılaşdıqları "Qaradağ Lökbatan"la oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Meydanın vəziyyəti göz önündəydi. Əgər futbolun inkişafından danışırıqsa, bu cür stadionlarda oynamamalıyıq. Oyuna gəlincə, çətin görüş oldu. Komandadan razıyam. Öz razılığımı uşaqlara da bildirdim. Hakimlik barədə heç nə danışmaq istəmirəm. Bizim Allahdan başqa heç kimin köməyinə ehtiyacımız yoxdu. Biz nəyinsə gücünə yox, komanda oyunu sayəsində qələbə qazanmaq istəyirik. Qışda heyətdə bəzi dəyişikliklər olacaq. Bəzi mövqeləri gücləndirəcəyik".





