"Qarabağ"ın bu mövsümün gedişində heyətinə qatdığı qapıçı İbrahim Şehiç bu gün Topaz Premyer Liqasında ilk matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Türkiyənin "Mersin İdman Yurdu" klubundan ayrıldıqdan sonra azad agent kimi Ağdam klubuna transfer olunan Bosniya və Herseqovina yığmasının qolkiperi xeyli müddət idi ki, şans gözləyirdi.
Nəhayət, baş məşqçi Qurban Qurbanov onu "Rəvan"la bugünkü görüşdə ilk dəqiqələrdən meydana buraxıb. Debüt matçına çıxan 25 yaşlı qolkiper əsas heyətdə yer aldığı halda, Fərhad Vəliyev ehtiyat oyunçular sırasındadı.





