Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun 11-ci turu çərçivəsində Gəncədə keçirilən “Kəpəz” – “Şahdağ” matçının sürpriz qonağı olub. Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin məşqçisi Dmitri Kramarenko arenada tamaşaçılar arasında görünüb.
Qəbələ klubunda qapıçılarla işləyən məşqçi olan Kramarenko görüşü VİP lojadan izləyib. Nizami yurdunda olduğu müddətdə Dima “Səbiskar” qəbiristanlığına da baş çəkib. Burada onun babası uyuyur.
Qeyd edək ki, Kramarenkolar nəsli uzun müddət məhz Gəncədə yaşayıb. Ailənin bəzi üzvləri vəfat edərkən elə bu şəhərdə dəfn olunub.
Yeri gəlmişkən, Gəncədəki oyunu “Kəpəz”in keçmiş baş məşqçisi Vidadi Rzayev və “Mil-Muğan”ın çalışdırıcısı Mətləb Məmmədov da izləyib.





