Bir müddət öncə “Turan-T”də yaşananlar deyəsən klub rəhbərliyinə dərs olmayıb. Futbolinfo.az xəbər verir ki ki, rəsmilər yenə futbolçuların maaşlarını yalan vədlərlə yubandırır.
“Ağsu” ilə oyun öncəsi oyunçuları pullarını alacaqlarına inandıran rəhbərlik sonradan məvaciblərin bazar günü ödəniləcəyini bildirib. Amma deyilən vaxtda bazaya gələn komanda üzvləri evə əliboş qayıdıblar. Onlara “sabah mütləq maaşını alacaqsınız” deyilib.
Xatırladaq ki, bir müddət öncə tovuzlu oyunçular məvaciblərin gecikməsinə görə meydana çıxmaqdan imtina edərək, oyunları baykot etmişdilər.





