Almaniya Bundesliqasında maraqlı fakt aşkarlanıb. Futbolinfo.az xəbər verir ki, "Bavariya"nın son turda "Borussiya" (Dortmund) klubunu 3:0 hesabı ilə məğlub etdiyi matçdan öncə Münhen təmsilçisinin hansı taktika ilə oynayacağı mətbuata ötürülüb.
Bu məlumatın "Bavariya"nın futbolçularından birinin verdiyi iddia edilib. Baş məşqçi Xosep Qvardiola bu hərəkəti kimini edəcəyindən asılı olmayaraq onun komandadan qovulacağını deyib:
"Mən belə oyunçunun komandada qalmasını istəmirəm. Bu, xəyanətdi".





