Topaz Premyer Liqasının 14-cü turunda "İnter" – "Neftçi" (3:1) qarşılaşmasından sonra tərəflər arasında qarşıdurma yarandı. Futbolinfo.az xəbər verir ki, qonaq komanda paltardəyişmə otağı yerləşən dəhlizdə rəqib komandanın mühafizə xidmətinin təzyiqi ilə üzləşdiyini bildirmişdi.
 
Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Gülağa Cabbarovun fikirlərini öyrəndik. Cabbarov saytımıza açıqlamasında bunları dilə gətirdi:
 
"Tamamilə yalnış məlumatdı. Paltardəyişmə otağının dəhlizində yaranan mübahisədə "İnter"in mühafizə xidmətindən heç kim iştirak etməyib. Bunlar hamısı oyunun protokolunda qeyd edilib. Mühafizə xidmətinin orada olmasına icazə verilmir".
Shares: