"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli Azərbaycana gəlib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Lənkəran aeroportunda klubun direktoru Höccət Hacıyev və bir sıra jurnalistlər tərəfindən qarşılanıb.
 
Hava limanından birbaşa klub bazasına yollanan türkiyəli Mais Mənsimovla görüş keçirəcək. Bu görüşdə imzalanacaq müqavilənin şərtləri və müddəti müzakirə olunacaq. Dənizlinin "Xəzər Lənkəran"la 2 il müddətinə müqavilə imzalayacağı bildirilir.
 
Türkiyəli mütəxəssi ilk olaraq fikirlərini qələm əhli ilə bölüşüb: "Hər başlanğıcın bir səbəbi var. Burada tapşırığa başladığımız təqdirdə buradakı insanlara, Azərbaycana, bölgə futboluna nələr verə biləcəyimizə baxacağıq. Yeni hədəfimiz, missiyamız olacaq. Yalnız ondan sonra öz hədəflərimizi, planlarımızı reallaşdırmağa başlayacağıq. Keçmiş baş məşqçi Con Toşakla görüşməmişəm. Amma lazım gəlsə, onunla da görüşməyə hazıram".
Shares: