"Bavariya"nın prezidenti Karl Haynz Rummenige yay transfer dövründə "Barselona"nın forvardı Lionel Messini komandaya gətirmək üçün 250 milyon avroluq təklif göndərmələri ilə bağlıyayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, bu iddiaları təkzib edən klub rəsmisi deyib ki, heç vaxt bir transfer üçün belə yüksək məbləğ ödəməzlər:
"Bu xəbərlər absurddu. Heç vaxt bu qədər pul verərək komandaya futbolçu gətirmərik. Onsuz da “Barselona” Messini heç vaxt satmayacaq. Sanrdo Roselli çox yaxşı tanıyıram. Argentinalı hücumçu üçün də ən yaxşısı futbolçu karyerasını orada başa vurmaqdı".





