19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma noyabrın 26-da keçiriləcək. Bayıl stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.





