Dünən Mussa Sounun son dəqiqə qolu ilə "Antalyaspor"u 2:1 məğlub edən "Fənərbaxça"nın düşərgəsində xoşagəlməz hadisə yaşanıb. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matç bitdikdən dərhal sonra Bruno Alveş Caner Erkinə yaxınlaşaraq, ondan narazı qaldığını bildirib.
 
Erkinin müdafiəyə kömək etməməsi portuqaliyalı mərkəz müdafiəçisini özündən çıxarıb. Komanda yoldaşının ittihamları ilə razılaşmayan Caner Alveşə cavab qaytardığından tərəflər əlbəyaxa olublar. Yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Shares: