“Forbes” jurnalı idman yarışları arasında ən bahalı brendlərin siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, brendlərin məbləği teleyayım, sponsorlar, bilet satışı və yarış zamanı lisenziyalı atributların satışından əldə olunan gəlirlər əsasında müəyyənləşdirilib.
Nəticə isə xeyli təəccüblü olub. Bütün dünyada baxılan UEFA Çempionlar Liqası ilk “beşliy”ə belə düşə bilməyib. İlk “onluğ”u təqdim edirik:
1. ABŞ NFL-in finalı – 464 milyon dollar
2. Yay Olimpiya Oyunları – 348
3. Futbol üzrə dünya çempionatı – 160
4. NCAA (Tələbə İdmanı üzrə Milli Assosiasiya) basketbolu üzrə 4-lər finalı – 137
5. MLB (besbol – dünya seriyası) – 135
6. Qış Olimpiya Oyunları – 123
7. UEFA Çempionlar Liqası – 117
8. “Daytona 500” (NASCAR avtoyürüşü) – 98
9. “Kentucky Derby” (cıdır) – 97
10. MLB-nin bütün ulduzlarının uik-endi – 86





