"Neftçi" qışda digər klublara icarəyə verdiyi bəzi futbolçularını geri qaytarmağa hazırlaşır. Futbolinfo.az saytına bu barədə etibarlı mənbədən xəbər daxil olub.
Belə ki, əldə etdiyimiz məlumata görə, paytaxt klubu gənc hücumçu Elşən Abdullayevlə yarımmüdafiəçi Nicat Qurbanovu komandaya qaytaracaq. Bu, böyük ehtimalla yeni baş məşqçi Nazim Süleymanovun istəyi ilə həyata keçiriləcək. Görünür, yerli mütəxəssis qış fasiləsindən sonra daha çox azərbaycanlı gənc futbolçulara bel bağlamaq fikrindədi.
Maraq üçün bildirək ki, Abdullayev yayda "Sumqayıt"a icarəyə verilmişdi. Onun "gənclik şəhəri" təmsilçisi ilə icarə müqaviləsinin yayda başa çatacağı bildirilir. Qurbanov isə "Simurq"da icarədədi. O da Zaqatala klubuna mövsümün sonuna qədər icarəyə verilib. Lakin görünür müqavilədəki hansısa bəndə əsasən "Neftçi" öz oyunçularını vaxtından öncə düşərgəsinə qaytarmaq hüququna malikdi.





