Xəbər verdiyimiz kimi, ötən gün Madrid “Atletiko”su UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Zenit”lə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, 5-ci tur çərçivəsində baş tutan görüşdə tərəflər meydanı sülhlə tərk ediblər – 1:1.
Maraqlıdı ki, “Atletiko” bu qarşılaşmaya “Bakı-2015”-in loqosu ilə yox, əvvəlki kimi “Land of fire Azerbaijan” sözləri yazılmış forma ilə çıxıb. Buna səbəb isə Çempionlar Liqasının reqlamentidi. Məsələ burasındadı ki, klublar iştirak ərizəsini UEFA-ya təqdim etdikdə bu turnirdə hansı formalardan yararlanacağını da öncədən göstərirlər. Madrid klubu öncədən məhz “Land of fire Azerbaijan” reklamı olan formalarını təqdim etdiyindən, ən azı qışa kimi bu loqodan yararlanmağa məcburdu. "Bak-2015" loqolu formaların ÇL-də dübütü çox güman ki, pley-off oyunları zamanı gerçəkləşəcək.
"Zenit" – "Atletiko" matçından hazırlanmış fotoreportajı təqdim edirik.





