İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları böyük bir faciənin kandarından dönüb. Futbolinfo.az xəbər verir ki, komandanın üzvləri, məşqçilər və digər işçilər hamısı ölə bilərmiş.
 
Belə ki, Çempionlar Liqasının qrup mərhələsində "Bayer"lə matç üçün mankunyanları Almaniyaya aparan təyyarə qəza şəraiti ilə qarşılaşıb.
 
Təyyarə eniş zolağına enmək istəyərkən birdən yüksəlişə keçib. Səbəb isə həmin eniş zolağında başqa təyyarənin olması olub. Buna görə də pilot təyyarəni 10 dəqiqədə daha artıq havada saxlayıb.
 
Xatırladaq ki, 1958-ci ildə "Mançester Yunayted"in oyunçularının olduğu təyyarə buna bənzər qəzaya uğramış və həmin vaxt 8 oyunçu həlak olmuşdu.
Shares: