"Mən "Xəzər Lənkəran"a uğur arzulaya bilərəm. Komandanın uzun müddətli uğursuzluq seriyası var. Maliyyə vəsaiti böyük olsa da, komanda nəticə verə bilmir".
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib. Diniyev cənubluların yeni baş məşqçisi Mustafa Dənizlidən də söz açıb:
"Mustafa Dənizli böyük, təcrübəli məşqçidi. Onun haqda danışmaq çətindi. Türkiyədə çempionluq yaşayıb, futbolu bilir. Dənizlinin Lənkəranda düzgün yolu tapacağına inanıram. Mənə elə gəlir ki, "Xəzər Lənkəran"a gələn ən axırıncı legioner məşqçi olacaq".





