Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ"ni qəbul edəcək "Rəvan" hazırlıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, son turda səfərdə "Qarabağ"dan (0:0) bir xal alan Bayıl təmsilçisinin heyətində cəza və zədə səbəbindən "Qəbələ" ilə oyunu buraxacaq futbolçular da var.
 
Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib: "Qəbələ" ilə oyuna ciddi hazırlaşırıq. Bizi çətin rəqib gözləyir. Sürətli, hücum xətti yüksək keyfiyyətlərə malik olan futbolçuların bir araya gəldiyi komandaya qarşı mübarizə aparacağıq. Hələ marafon davam edir. Oyuna az vaxt qalıb. Biz itkilərlə hazırlaşırıq. Cəmşid Məhərrəmov 4 sarı vərəqə aldğından bu oyunu buraxacaq. Bir də Kristian Torresin zədəsi tam sağalmayıb. Bundan başqa bütün heyətlə qarşıdakı oyunun hazırlıqlarını davam etdiririk". 
Shares: