Bu gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun növbəti oyunları keçiriləcək. Bu oyunlar içərisində "Real" – "Qalatasaray" matçı xüsusi önəm daşıyır.
Futbolinfo.az xəbər verir ki, 4-cü turdan sonra B qrupunda 10 xalla zirvədə olan Madrid klubu yeni rekorda imza ata bilər. Bunun üçün komanda öz evində "Cim-Bom"u məğlub etməlidi. Komanda ardıcıl 29 oyundu ki, qol vurur. "Real"ın əzəli rəqibi "Barselona" Çempionlar Liqasında 2011/12 mövsümündə ardıcıl 29 oyunda qol vursa da, "Milan"la səfər görüşündəki qolsuz heç-heçə həmin rekordu artırmağa imkan verməmişdi. Bu gün madridlilər İstanbul təmsilçisinə qol vursa, rekordu əlinə keçirmiş olacaq.
Xatırladaq ki, "Qalatasaray"a qarşı oyunda Ronaldo, Xedira və Xabi Alonso forma geyməyəcək.





