Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ÇSKA ilə keçiriləcək oyun öncəsi maraqlı açıqlama verib.  Futbolinfo.az xəbər verir ki, Moskvada jurnalistlərə danışan forvard Rusiya millisindən söhbət açıb.
 
Müller DÇ-2014-də Braziliyada təşkil olunacaq dünya çempionatında Almaniya yığmasının futbolçusu olaraq Rusiya ilə üz-üzə gəlmək istəmədiyini deyib: “Ümid edirəm ki, biz dünya çempionatında Rusiya millisi ilə qarşılaşmayacağıq. Çünki siz güclü komandaya sahibsiniz. ÇSKA ilə oyuna gəldikdə isə, biz qol vurmağa və qalib gəlməyə çalışacağıq. Baxmayaraq ki, İqor Akinfeyev güclü qapıçıdı”.
Shares: