"Mançester Siti"də buraxdığı xətalı qollarla gündəmə gələn və yerini gənc qapıçı Pantlimona verən Co Hartın komandadan ayrıla biləcəyi haqqında söz-söhbətlər bitmək bilmir. Futbolinfo.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini bu şayiələrə son qoyub.
 
O, açıqlamalarında bunları bildirib: "Co Hart heç bir yerə getməyəcək. Onun haqqında deyilən bütün transfer xəbərləri yalnışdı".
 
Xatırladaq ki, Almaniya ilə oyunda İngiltərənin qapısını 90 dəqiqə qoruyan Co Hartın "Mançester Siti" – "Viktoria" matçında yenidən forma geyməsi gözlənilir.
Shares: