"Rəvan” Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, komanda cümə günü "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı davam etdirir.
 
Adıçəkilən stadionda gündə 1 dəfə olmaqla məşq edən "aslanlar” Kristian Torresin ümümi qrupa qoşulmasına sevinir. Dizindəki zədəni sağaldan argentinalının "Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi oyun günü baş məşqçinin qərarına əsasən müəyyənləşəcək.
 
Baş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçməklə yanaşı, ayrı-ayrı oyun komponentlərində keyfiyyətin yüksəldilməsinə də xüsusi diqqət ayırıb. (klub saytı)
Shares: