Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Yusuf Şimşək Arif İsayevin komandadan getməsinə təəssüfləndiyini bildirib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis bunları söyləyib:
“Biz Arif İsayev və Bayram Fetai ilə işləməyi çox istəyirdik. Ancaq onların zədələri bizi bu futbolçularla vidalaşmağa məcbur etdi”.





