"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində Madird "Real"ıyla oyundan (1:4) sonra keçirilən məbuat konfransında açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis ilk hissədə mükəmməl oynadıqlarını deyib:
 
"Hər şey qaydasında idi. İkinci hissədə isə nə baş verdiyini anlamadım. Kobud səhvlər axırımıza çıxdı. Bizə yaraşmayan 4-5 kobud səhv etdik və onun cəzasını çəkdik. "Real" belə səhvləri bağşlamayan komandadı. İndi əsas hədəfimiz növbəti turda "Yuventus"u məğlub etməkdi. “Yuventus”la oyunun bizim üçün final qarşılaşması olacağını əvvəl də demişdim. Bu oyundan alacağımız 3 xalla işimizi asanlaşdıra bilərik. Bunun üçün isə azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".
Shares: