Türkiyə Superliqasının növbəti turunda "Beşiktaş"la derbiyə hazırlaşan “Fənərbaxça"da əhvallar korlanıb. Futbolinfo.az xəbər verir ki, komandanın kapitanlarından olan Əmrə Belözoğlu məşq zamanı ciddi xəsarət alıb.
Həkimlərin müayinəsindən sonra onun zədəsinin ciddi olduğu və birinci dövrədə forma geyə bilməyəcəyi açıqlanıb. Bu isə o deməkdi ki, Əmrə "Beşiktaş", "Rizəspor", "Akhisar", "Karabükspor" və "Kayserispor"la matçlarda meydanda olmayacaq.





