Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycanın U-17 yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq.
 
U-19 millimiz isə 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistanla qarşılaşacaq.
 
Artıq yığmamızın qrupdakı oyunlarının harada keçiriləcəyi də bəllidi. Belə ki, 17 yaşlıların oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək. U-19-un oyunları isə 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.
Shares: