Cari mövsüm Çempionlar Liqasında qapısında ən çox qol “yeyən” komandaların sırasına "Qalatasaray" da daxil olub. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi qrupun 5 matçında qapısından 14 top buraxıb.
 
"Cim-Bom" bu qollardan 10-nu "Real"la (Madrid) görüşlərdə (1:6, 1:4) qapısında görüb. Bu nəticə ilə İstanbul klubu mövsüm ərzində ÇL-də ən çox qol buraxan 4-cü klub olub.
 
Qeyd edək ki, ilk üç yerdə "Viktoriya" (16 qol), ÇSKA (15 qol) və "Anderlext" (14 qol) qərarlaşıb.
 
Yeri gəlmişkən, "Real"la matçda komandasının yeganə qolunun müəllifi olan "Qalatasaray"ın forvardı Umut Bulut tarixə düşüb. Görüşün 38-ci dəqiqəsində fərqlənən hücumçu "Santyaqo Bernabeu"da qol vuran ilk türkiyəli olub.
Shares: