Mövsümün əvəlində Rumıniyanın “Petrolul” klubundan ayrılaraq Azərbaycana qayıdan millimizin müdafiəçisi Elhad Nəziri "İnter"ə keçsə də, onun paytaxt klubunda da işləri yaxşı getmir. Futbolinfo.az xəbər verir ki, sonuncu dəfə Topaz Premyer Liqasının 7-ci turunda “İnter”in “Bakı”ya qarşı oyununda ehtiyyat oyunçular sırasında olan futbolçu yaşıl meydanlara həsrət qalıb.
 
Buna səbəb isə onun zədəli olmasıdı. Hazırda Elhadın vəziyyətinin nə yerdə olduğunu bilmək üçün özü ilə əlaqə saxladıq. Futbolçu saytımıza açıqlamasında bunları bildirdi:
 
“Bəli, artıq neşə vaxtdı komandamın oyunlarında iştirak edə bilmirəm. Zədəm yavaş-yavaş sağalır. Formaya düşmək üçün “İnter”in əvəzedici komandasında məşq edirəm.  Düzdü, əvəzedicilər ilə əsas komandanın gücü eyni deyil. Ancaq belə heç olmasa, məşq edə bilirəm. Çox yüklənəndə bir az ağrılar olur. Əsas komandaya nə vaxt dönəcəyim isə hələ sual altındadı. Bu daha çox baş məqşçinin qərarından asılıdı”.
Shares: