Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Bakı" – "İnter" matçını izləyənlər arasında bir sıra maraqlı simalar da olub. Futbolinfo.az xəbər verir ki, bunlardan biri "İnter"in sabiq kapitanı Bronislav Çervenka idi.
 
Belə ki, vaxtilə ölkəmizdə top qovmuş futbolçu hazırda Bakıdadı. Karyerasını başa vurmuş "bankirlər"in sabiq üzvü sadəcə Bakıdakı dostları ilə görüşmək üçün Azərbaycana təşrif buyurub.
Çervenkadan əlavə yığmamızın sabiq baş məşqçisi İqor Ponomaryov da oyunu canlı izləyib. Dmitri Kramarenko başda olmaqla "Qəbələ"nin bir neçə məşqçisi də bu qarşılaşmanı izləyib. Baxmayaraq ki, onlar növbəti turda "Simurq"la qarşılaşmalı olacaqlar.
Shares: