Portuqaliyanın Peşəkar Futbolçular İttifaqının rəhbəri Yoakim Evanqilista FİFA prezindenti Yozef Blatterlə görüşüb. Futbolinfo.az xəbər verir ki, o, görüş zamanı dünyanın ali futbol qurumunun prezidentinə "Real" (Madrid) klubu və Portuqaliya millisin hücumçusu Kriştianu Ronaldonun şəklinin olduğu formanı hədiyyə edib.
Bu vasitə ilə Evanqilista portuqaliyalı hücumçu və Blatter arasında münaqişəni həll etmək qərarına gəlib. Görüşdən sonra FİFA prezidenti üzərində Ronaldonun şəkili olan forma ilə poz verib.





