Xəbər verdiyimiz kimi, "Neftçi" Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşdığı "Sumqayıt"la oyunda bu klubda icarədə olan futbolçularının oynamasını istəmirdi. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu istəyinə nail olub.
Belə ki, "Sumqayıt"da icarə əsasında forma geyən futbolçular – Kərim Diniyev, Slavik Alxasov, Elşən Abdullayev və Ruslan Qurbanovun adı bu matçın iştirak ərizəsinə salınmayıb.





