"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Çoxlu qol epizodundan, penaltidən istifadə edə bilmədik, qapı tirinə dəyən topumuz var idi. Rəqib komandanı təbrik edirəm. Baxmayaraq ki, bu nəticə rəqibin göstərdiyi oyuna uyğun deyildi. Rəqib komanda sona qədər mübarizə apardı, onlar bu oyunda bizim səhvimizdən istifadə edib qol vumaq istəyirdilər və buna nail oldular. Top qapıya girməyəndə girmir. Növbəti matçımız kubok oyunudu. “Sumqayıt”la oyuna kimi komandanı hazırlamağa çalışacam. Rauf Əliyev penalti vurmaq üçün seçilmişdi, milli komandanın oyunçusudu. Çempionat uzun marafondu. May ayında görəcəyik ki, biz haradayıq. Bugünkü məğlubiyyət mənə çox təsir edir. “Neftçi” ilə oyunu yada salsaq, görərik ki, oyunda aparıcı tərəf biz idik, amma sonda məğlub olduq. Bizim komandada qol vurmaq çatışmır. Komandanın başına iyun ayında gəldim. Seçilmiş futbolçular mənim seçimim deyil, komandaya hücümçu lazımdı. Yanvar ayında komandaya hücümçü dəvət edəcəyik. Komandamızda hər şey var, qol çatışmır”.





