"Xəzər Lənkəran"ın baş məşqçisi təyin olunması gözlənilən Mustafa Dənizli yenidən Türkiyəyə qayıdır. Futbolinfo.az xəbər verir ki, bu gün Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" – AZAL matçını canlı izləmək üçün Lənkərana təşrif buyuran türkiyəli mütəxəssisin bu dəfəki səfəri də qısa sürüb.
Belə ki, bir neçə gün öncə də baza ilə tanış olmaq üçün bir neçə saatlıq Lənkəranda olan Dənizli yenə Türkiyəyə dönməyə qərar verib. Bu dəfə də Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə ölkəmizə gələn mütəxəssis qarşılaşmadan dərhal sonra Lənkəran hava limanına yollanıb.





