"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, zaqatalalıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
"Çətin və gözəl oyun oldu. Çox maraqlı qarşılaşma izlədik. Həm bizim, həm də rəqib komandanın yetərincə qol imkanları oldu. Lakin tərəflərdən heç biri fərqlənə bilmədi. Hesabın məntiqəuyğun olduğunu düşünürəm. Doğma azarkeşlərimiz qarşısındakı ilk oyunda onlara qələbə sevinci bəxş etmək istədik. Amma bu, futboldu. Futbolda hər şey olur”.
Shares: