“Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti futbolçusu Serxio Ramosun satılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.  Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ispan müdafiəçinin satmaq kimi bir niyyətlərinin olmadığını deyib: "Ramosun transfer edilməsi heç vaxt gündəmdə olmayıb. Onun ayrılmasına icazə vermərəm. Ramos müdafiədə oynayan ən yaxşı futbolçulardan biridi. Bütün dünya onun komanda üçün necə önəmli biri olduğunu bilir".
Shares: