"Qəbələ"nin baş məşqçisi Yuri Syomin zədə səbəbindən oynamayan yarımmüdafiəçi Elmar Baxşiyev barədə maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis klubun qəzetinə açıqlamasında Baxşiyevi artıq özünə köməkçi saydığını
və onun məşqçiliyə başlaya biləcəyini deyib:
 
“Deyə bilmərəm ki, Elmarın məşqlərdə çalışması məni qane etmir. O, təcrübəli futbolçudu, yaxşı məşq edir, komandada yaxşı atmosfer yaradır. Baxşiyev artıq məşqçi kimi mənə kömək edir. Ancaq oynamasına gəlincə, indi Elmarın əsas heyətə düşməsi çətindi. Gələcəkdə necə olacağını zaman göstərəcək. Baxşiyev təcrübəli insandı, futbolunuzu yaxşı bilir. Bilirəm ki, “Qəbələ”də xeyli vaxtdı forma geyinir, kapitan da olub. Elmara böyük hörmətimiz var”.
Shares: