"Neftçi"nin sabiq məşqçisi Kamal Quliyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt" – "Neftçi" matçını canlı izləyənlər arasında idi. Qarşılaşmadan sonra o, futbolinfo.az saytına fikirlərni açıqladı:
 
"Bu cur hava şəraitində oynamaq çətin idi. "Neftci"nin 3-4 aparıcı üzvü meydanda yox idi. Amma bu klubun ad-sanı, heyətində təcrubəli oyunçuları var. Mən sona qədər inanırdım ki, "Neftçi" qalib gələcək. "Sumqayıt" da bu mövsüm ən yaxşı oyunlarından birini keçirdi. Amma "Neftçi" rəqibindən daha səviyyəli komandadı. O ki, qaldı Nazim Süleymanovun gəlişindən sonra "Neftçi"nin oyunundakı dəyişikliyə, bu, zamanla baş verən prosesdi. Hər bir məşqçiyə vaxt vermək lazımdı. Bu komandada sükan arxasında kimin olmasından asılı olmayaraq, "Neftçi"ni həmişə dəstəkləyirəm, uğurlarına sevinirəm".
 
Quliyev sonda "Neftçi"yə mümkün qayıdışından da danışıb: "Hələ hansı vəzifəyə qayıdacağımı bilmirəm. Buna qışda aydınlıq gələcək".
Shares: