"Bakı" – "İnter" (0:1) oyununda meydan sahiblərinin müdafiəçisi Ettonun qəsdən zədələdiyi Baçana Sxadadze çətin vəziyyətdədi. Futbolinfo.az xəbər verir ki, “İnter”in hücumçusu aldığı dirsək zərbəsindən sonra ciddi həkim nəzarətindədi.
 
Şənbə günü “Medical Plaza” xəstəxanasında müayinə olunan gürcü forvard artıq evə buraxılıb. Rentgendən sonra bilinib ki, onun başında sınıq və batıq var. Futbolçunun əməliyyata ehtiyacı olmasa da, əng sümüyünün sınığı və 2-ci dərəcəli beyin silkələnməsi nəticəsində Baçana bir müddət danışa bilməyəcək. Həkimlər ona ağzını tərpətməyi, danışmağı belə qadağan ediblər.
Shares: