Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti La Liqada “Valyadolid” üzərində inamlı qələbədən sonra Qaret Beylin komandaya tam uyğunlaşdığını qeyd edib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı artıq yarımmüdafiəçinin adaptasiya mərhələsini geridə qoyduğunu bildirib:
"Biz onunla söhbət etdik. Fikrimcə komandada adaptasiya dövrü artıq geridə qalıb. O , çox yaxşı oynayır, özünə arxayındı və bizim üçün vacib futbolçudu".
 
Xatırladaq ki, uelsli futbolçu bu oyunda xet-triklə yadda qalıb.
Shares: