"Simurq"un prezidenti Anar Bəkirov hakimlər haqda öz fikirlərini bildirib. Futbolinfo.az saytına müsahibəsində klub rəhbəri bəzi hakimlərin idarəçiliyində komandanın oyununun alınmadığını bildirib:
"Ötən il də, bu il də hakimlər tərəfindən bizə qarşı haqsızlıqlar olub. Hazırda Əliyar Ağayev yaxşı hakimdi. Onun idarəçiliyindən razıyam. Hakim də var ki, komandanı sındırır. Məsələn, Rauf Cabbarov. Bu adam bizim oyuna təyin ediləndə oyunumuz alınmır, komandanın oyununu sındırır. Bəlkə də yaxşı hakimdi, bəlkə də gələcəyi var, amma elə səhvlər edir ki, komanda sınır. Mən istəyərdim ki, Əliyar Ağayev, Orxan Məmmədov, Ramil Diniyev daha da irəli getsin".





