Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Futbolinfo.az saytina açıqlamasında “Neftçi” – “Xəzər Lənkəran” oyunlarına qonaq azarkeşlərin buraxılmaması haqda qərarın dəyişilməsinin onlardan asılı olmadığını bildirib. O, “Böyük oyun”da hər iki tərəfin azarkeşlərinin iştirakı üçün bir sıra məsələlərin yoluna qoyulmalı olduğunu deyib:
 
“Belə olmasını istəməzdik. Futbol azarkeşlərlə gözəldi. Ancaq bu cəzaya əsas var idi, əks halda belə əmr verilməzdi. O qərarın ləğvi mümkündü. Bu isə azarkeşlərin özündən, özlərini nücə aparmasından asılıdı. Sosial şəbəkələrdə azarkeşlər arasında elə dəyişmə gedir, bir-birinə qarşı elə hədə-qorxu gəlirlər ki, bu da sonda belə qalmaqallara gətirib çıxarır. Amma yaxşı ki, bizdə təhlükəsizlik xidmətləri əla işləyir, pis hadisələrin qarşısı alinır. Ölkədə elə əmin-amanlıq var ki, indi heç kimin hansısa qorxu hissi yoxdu, hamı istənilən vaxt istədiyi yerə gedə bilir. Elə bunun sayəsində də bütün problemlərin qarşısı vaxtında alınır. Sosial şəbəkələrdə azarkeşlərin bir-birinin ünvanına yazdığı xoşagəlməz sözlərin qarşısını almaq, bunun tribunalarda əksini tapmaması üçün bəzən belə qərarlara ehtiyac duyulur. Oyun ərzində rəqib, sonra dost olmalısan. Amma təəssüf ki, bizdə xüsusilə “Böyük oyun”larda bəzən başqa hadisələr də baş verir. Avtobusların şüşələri sındırılır və s.”
 
Qurum rəhbəri Lənkərandakı “Böyük oyun”dan sonra həbs olunan azarkeşlər haqda da danışıb: “Mənə verilən məlumata görə, onların saxlanılma səbəbinin futbola dəxli yoxdu. Onların azadlığa çıxmasına yardım etmək istərdim. Amma səbəblər başqadı, onun altına girə bilmərəm”.
Shares: