"Simurq"un prezidenti Anar Bəkirov son günlər futbolçularının yayılan fotolarına münasibət bildirib. Futbolinfo.az-a açıqlamasında klub rəsmisi bunları dilə gətirib:
 
"Onlar əvəzedicilərin oyunçularıdı. Mən onların məşqçiləriylə danışacam. Öz üzərində işləməkdənsə, qəlyan çəkirlər. Oyundan sonra pivə içsinlər, mən bunu normal qəbul edirəm. Bu bütün dünyada var. Hətta Aleks Ferqyuson da hər oyundan sonra komandasına pivə içməyi tapşırıb. Məncə, burada elə də ciddi problem yoxdu. Sadəcə,  problem bu cür fotoları sosial şəbəkələrdə paylaşmaq, ictimailəşdirməkdi".
Shares: