Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Əli Gökdəmirin çıxış etdiyi "Hannover"in ikinci komandası 18-ci tur çərçivəsində "Neumünster"in qonağı olub.
 
Oyun 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsiylə başa çatıb. Millimizin üzvü meydana start heyətində çıxıb. Lakin o, matçı başa vura bilməyib. Belə ki, 86-cı dəqiqədə o, qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Qeyd edək ki, "Hannover" 18 turdan sonra 21 xalla 10-cu pillədə qərarlaşıb.
Shares: