Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Tuqrul Erat Almaniya Regional Liqasında növbəti oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Düsseldorf “Fortuna”sının ikinci komandasının “Şalke”ni 4:2 hesabı ilə məğlub etdiyi oyunda Erat 90 dəqiqə meydanda olub.
 
O, bu qarşılaşmada qol ötürməsi ilə yadda qalıb. "Fortuna"nın heyətində yığmamıza namizəd sayılan Eren Taşkın isə 86-cı dəqiqədə ikinci sarı – qırmızı vərəqə alaraq meydandan qovulub.
 
"Fortuna" 17 oyundan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.
Shares: